Namazın sonunda salamların üçünü də demək vacibdirmi?

Cavab: Namazın sonunda salamların hər üçünü demək müstəhəbdir. Birinci salam ümumilikdə müstəhəb sayılır, hətta bəzi müctəhidlər birinci salamı təşəhhüdün bir hissəsi hesab etmişlər. Yalnız ikinci salamı söyləmək istəyən adam əksər müctəhidlərə görə heç olmazsa, “əssəlamu əleykum” sözünü də əlavə etməlidir. Amma salamın üçüncü hissəsini, yəni “əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh” cümləsini təklikdə demək olar. Yəni birinci və ikinci salamları demədən, yalnız üçüncü salamla kifayətlənmək icazəlidir. Üçüncü salamı deyən adam namazını bitirmiş sayılır./ixlas.

baxılma sayı: 240