Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı?

Cavab: Namazda bədəni və başı qiblədən kənara döndərmək namazı batil edər. Bu istər qəsdən olsun, istərsə də bilməyərəkdən, fərqi yoxdur. Başı qiblədən döndərmədən gözləri dolandırmaq və ətrafa nəzər salmaq namazı batil etməz. Amma bu hərəkət məkruhdur, yəni namazın savabını azaldar.

  Ehtiyac olmadan, sadəcə maraq xatirinə gözləri sağa-sola yönəltmək namaza qarşı hörmətsizlik kimidir. Namaz qılan şəxs bacardıqca diqqətini öz ibadətinə yönəltməli və artıq hərəkətlərdən çəkinməlidir. Əlbəttə, zərurət halında, məsələn hər hansı təhlükəni qiymətləndirmək üçün qiblədən dönmədən kənara baxmaq məkruh sayılmaz./ixlas.

 

baxılma sayı: 214