Nə üçün şiələr üzləri qibləyə olan halda yalnız bir dəfə salam deyir?

Cavab: Şiə fiqhinə görə, namaz qılan hətta namazın salamında üzünü qiblədən döndərməməlidir və döndərərsə, namaz batil olar. Amma sünnilər öz kitablarındakı rəvayətə əsaslanaraq, namazın salamında üzü sağa və sola çevirməyi müstəhəb hesab edirlər. ("Səhihe-Müslim”, məscid kitabı, h.582) Sünnə əhlinin bəziləri bir salamı kifayət hesab etsələr də, əksəri iki salamı vacib bilir. Hətta bir salam verilərkən namazı batil hesab edirlər.("Töhfətul-ixvan”, Ban Baz, s. 112)

Bəli, əgər onların namazı başqa cəhətdən batil deyilsə də, bilərəkdən namazda qiblədən çıxmaq namazın batil olması üçün kifayət edir. Peyğəmbər (s) Əhli-beytindən üz döndərməyin nəticəsi budur.


Şiə fiqhində buyurulur ki, namaz qılan "əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh” deyərkən qiblədən çıxmamaq şərti ilə gözü və ya qaşı ilə sağ tərəfə işarə edərək salam versin. Eləcə də, camaat namazında iqtida edənin solunda başqa iqtida edən olarsa həmin şəkildə sol tərəfə işarə ilə salam verilir. İkinci salam pişnamaz üçün müstəhəb deyil. Vacib ehtiyata görə sağa və sola salam verərkən məqsəd bu olmamalıdır ki, kiməsə salam verilir. Tək namaz qılan şəxs qəlbindən keçirə bilər ki, əməl yazan iki mələyə salam verir. Camaat namazında pişnamaz iki mələk və iqtida edənlərə, iqtida edən isə pişnamaz və iqtida edənlərə salam verdiyini qəlbindən keçirə bilər.("Urvətul-vusqa”, məsələ 5-6)

 

baxılma sayı: 330