Nə üçün sünnilər namazda həmd və surənin əvvəlində "bismillahir-rəhmanir-rəhim” demir və ya asta deyirlər?

 Cavab: Şiələrin əqidəsinə görə, "Bismillahir-rəhmanir-rəhim” Quran surələrinin tərkib hissəsidir. "Tövbə” surəsindən başqa bütün surələr "bismillahir-rəhmanir-rəhim”lə başlayır. Əgər həmd və surəni "Bismillahir-rəhmanir-rəhim”siz başlasaq, surə natamam olar.Bu məsələdə sünnilərin bir qismi şiələrlə həmfikirdirlər. Sünnilərin bəziləri isə yalnız "Nəml” surəsinin "Bismillahir-rəhmanir-rəhim”lə başladığını qəbul edir.

  Malikilər isə belə düşünürlər ki, ümumiyyətlə, namazda "Bismillahir-rəhmanir-rəhim” deyilməməlidir.("Misbahul-munir”, Həmd surəsinin təfsiri.) Beləcə, dörd sünni məzhəbini təşkil edən malikilər uyğun ifadəni namazda işlətmir, hənəfilər ya demir, ya da astadan deyir, şafeilər ucadan deyir, hənbəlilər ucadan demirlər.("Səhihe-Müslim”, namaz kitabı, s.204)

 

Belə bir nəticəyə gəlirik ki, sünnilər arasında namaz qılarkən "bismillahir-rəhmanir-rəhim” demək təqiyyəyə zidd deyil./ixlas.

 

baxılma sayı: 307