Hz. Peyğəmbər (s) Altı xislət 6 faydanı qazandırar?!

Əmirəl-möminin Əli (ə) buyurur: “Bir kişi Rəsuli-Əkrəm (s.a.a.)-in yanına gəlib dedi: Mənə elə əməl öyrət ki, onu etdikdə Allah və bütün məxluqat məni sevsin, Allah mal-dövlətimi artırsın, bəndənimi sağlam etsin, ömrümü uzatsın və məni (qiyamətdə) səninlə birlikdə dirildib məhşur etsin.

   Həzrət buyurdu: Bu altı xislətin digər altı xislətə ehtiyacı vardır.

 1-Əgər Allahın səni sevməsini istəyirsənsə, Ondan qorx və Onun qarşısında təqvalı ol.

 2-Məxluqların sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əllərində olanlarından gözünü çək.

3-Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver,

4-Sənə səhhəti-bədən verməsini istəyirsənsə, çoxlu sədəqə ver,

5-Uzun ömür verməsini istəyirsənsə, qohum-əqrəbanla sıx əlaqə saxla,

6-səni mənimlə bir yerdə məhşur etməsini istəyirsənsə Vahid və Qəhhar Allaha uzun-uzadı səcdə et”.

  (Səfinətul-bihar 1/ 599

baxılma sayı: 172