İflic olan və qollarını tərpədə bilməyən adam necə dəstəmaz almalıdır?

 Cavab: Bu cür şəxsin dəstəmaz almasına başqa bir adam yardım etməlidir. Məsələn, ona qulluq edən adam dəstəmaz almasına kömək edə bilər. Özü qollarını tərpədə bilmədiyi üçün başqası onun üzünü və qollarını yumalıdır. (bunu vanna tutmaqla da etmək olar).

  Məsh çəkəndə isə həmin adam iflic şəxsin əlindən tutub, onun öz ovcu ilə başına və ayaqlarının üstünə məsh çəkməlidir. Əgər bu mümkün olmasa, köməkçi şəxs məsh zamanı öz əlini iflic adamın qoluna ya sifətinə sürtüb həmin nəmliklə islatmalı və onun başına, ayaqlarının üztünə məsh çəkməlidir. Bu zaman köməkçi şəxs də gərək dəstəmaz niyyəti etsin./ixlas.

 

baxılma sayı: 109