Dəstəmaz zamanı qolları yuyandan sonra su kranını bağlayıb, sonra başa məsh çəkmək olar?

Cavab: Dəstəmazın şərtlərindən biri də budur ki, qolları yuduqdan sonra əldə olan nəmliklə başa və ayaqların üzünə məsh çəkmək lazımdır, əlləri kənardakı su ilə islatmaq olmaz. Əgər məshdən əvvəl əllərini kənardakı su ilə islatsa, dəstəmaz batil olar. Dəstəmaz zamanı israf etməmək, suyun boş-boşuna axmasının qarşısını almaq müstəhəbdir.

   Amma əgər su kranı yaşdırsa və ona toxunmaqla krandakı nəmlik insanın əlinə keçəcəksə, bu halda məshdən qabaq kratı bağlamaq məsləhət deyil. Sağ ayağa məsh çəkəndən sonra sağ əllə kranı bağlamaq olar. Əlbəttə, əgər əlin içini vurmadan (məsələn, əlin arxası ilə) kranı bağlamaq mümkündürsə, bunu edə bilər./ixlas.

 

baxılma sayı: 292