Allah-Taalanın aclıq və sükut edən şəxsə müjdələri!

Allah-təala Öz peyğəmbərinə buyurur: “Ey Əhməd, kaş aclığın və sükutun nə qədər şirin və təsirli olduğunu biləydin.” Həzrət ərz etdi: “Pərvərdigara, aclıq və sükutun təsiri nədir?” Allah-təala həzrətin cavabında həmin təsirləri bu ardıcıllıqla sadalayır:

 

1. Hikmət (aclıq və sükut hikmətin və həqiqətlərlə tanışlığın müqəddiməsidir);

2. Qəlbin qorunması (aclıq və sükut nəticəsində qəlbin bütün ixtiyarı insanın öz əlində olur.);

3. Mənə (Allaha) doğru yaxınlaşma (bəndə aclıq və sükut vasitəsi ilə öz məbuduna yaxınlaşa bilər);

4. Ardıcıl hüzn və kədər (sükut əsərlərindən olan hüzn bəyənilmiş bir haldır);

5. Xalqdan ehtiyacsızlıq;

6. Haqq danışıq (xalqın var-dövlətində gözü olmayan insan kimsədən qorxub-çəkinmədən haqqı deyə bilir);

7. Gedişatdan arxayınlıq (qane insan üçün varlıq və ya kasıb olmağın fərqi yoxdur. Dolanışıq problemləri onu düşündürmür)/nur.az

baxılma sayı: 294