Əgər Allah insandan iki rükət namazı qəbul edərsə, onun bütün günahlarını bağışlayar!

   “Həmişə (öz səma) kitab(ların)dan yapışan və namaz qılan kəslər (bilsinlər ki,) həqiqətən Biz salehlərin və islah edənlərin mükafatını zay etməyəcəyik”. (“Əraf” 170).

Namaz – dinin sütunudur və insanların bütün əməlləri namazın qəbul olmasından asılıdır. Namaz insanı Allaha qovuşdurar və Onunla rabitə qurmasına səbəb olar. İnsanı Allahla elə möhkəm bağlayar ki, insan hər bir işi qarşısında Onu əməllərinə hazır və nazir görər.

Namaz bütün qalan ibadətlərdən daha şərəflidir. Çünki namaz vasitəsilə Allah yada salınır və insan namazda Allaha qarşı müti və itaətkar olduğunu göstərir.


İmam Sadiq (ə) buyurur: “Həqiqətən Qiyamət günü Allah yanında ən yaxşı əməl – namazdır”.

“Həqiqətən heç bir əməl həcdən üstün deyildir, məgər namaz”.
“Hər kim iki rükət namaz qılar və bilər ki, nə deyir – namazdan o halda ayrılar ki, onunla Allah Təala arasında günah qalmaz, o halda ki, Allah onları bağışlayar”.

“Həqiqətən ölüm mələyi şeytanı, ölüm ayağında olan namazını qoruyan insandan uzaqlaşdırar. Ölümün qorxulu anlarında ona Allahın yeganə olmasını və Peyğəmbərin (s) risalət şəhadətini təlqin edər”.
“Əgər Allah insandan iki rükət namazı qəbul edərsə, ona əzab verməz”.

“Həqiqətən Allah namaz qılan Əhli-Beyt (ə) davamçılarının vasitəsilə namaz qılmayan Əhli-Beyt (ə) davamçılarından (bəlanı) dəf edər. Əgər hamısı namazı tərk edən olsaydılar, hər an hamısı həlak olardı”.


“Həqiqətən Allah vacib namazları ən məhbub və ən yaxşı vaxtlarda vacib buyurmuşdur ona görə də hacətinizi namazlarınızdan sonra istəyin”. (İslami saytlara istinadən)/Deyerler.

baxılma sayı: 231