Namazı əvvəl vaxtda qılmaq, yoxsa qonağa qulluq etmək?

Bir nəfər danışır ki, anam namazı əvvəl vaxtda qılmağa çox əhəmiyyət verirdi. Hətta Ramazan ayında evimizə qonaq çağıran zaman namazını qılıb, sonra qonaqlara qulluq edirdi. Bu iş atamın narazılığına səbəb olurdu. Bəs qonağa qulluq etmək mühümdür, yoxsa namazı əvvəl vaxtda qılmaq? (Tebyan)
Anam evə qonaq gələn zaman atama deyir ki, mən qonaq üçün lazım olan hər şeyi hazır edirəm, ancaq onlara qulluq etmək qalır ki, onu da namazdan sonra edərəm. Bu söz atamın xoşuna gəlmir.


İslam dinimiz buyurur ki, qonağa ehtiram etmək lazımlı mövzulardandır. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Qonaq behiştə yol göstərəndir”.

Başqa tərəfdən isə İslam dini bizə buyurur ki, namazı əvvəl vaxtda qılmaq lazımdır. O yerə qədər ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim namazı əvvəl vaxtda qılmağa əhəmiyyət verər, onun üçün ölən zaman şadlığına, qəm və qüssədən, cəhənnəm atəşindən nicat tapmasına zaminəm”.

Bu hədislərə görə namazı əvvəl vaxtda qılmaq çox mühümdür. Bu iş hər bir başqa işdən üstündür. Bu əməl ifrat deyildir, bəlkə bəyənilən əməllərdəndir. Əgər namazı əvvəl vaxtda qılmaq qonağa hörmətsizlik olmazsa, o zaman bəyənilən əməllərdən olar.

Qonağa hörmət etmək – səma hədiyyəsi hesab olunur. O biri tərəfdən isə əri narahat etmək haramdır. Ana oruc olan bu qonaqlara qulluq edərək, ərini razı salaraq daha çox savab qazandığına görə namazını bir qədər sonra təxirə sala bilərdi. Bu işi İlahi qürbə yaxınlaşmaq niyyətilə edərsə, daha çox savab qazanar. Həm ərinin razılığına səbəb olar, həm də qonaqları razı edər.

Başqa bir tərəfdən isə əgər ərin rəftarına nəzər salsaq görərik ki, onun rəftarı birtərəflidir. Belə ki, ancaq həyat yoldaşı kimi bu məsələyə baxır. Namazı əvvəl vaxtda qılmaq onun üçün mühüm deyildir. Əslində qonağa qulluq etmək ancaq ananın vəzifəsi deyildir. Ata da bu işdə anaya yardım etməlidir. Həyat yoldaşını qonağa qulluq etmək üçün zəhmətə salmamalıdır. Evin atası, ana namazını qılana qədər özü qonaqlara lazım olan qulluğu edib, ana qayıdan zaman qalan işləri onun öhdəsinə qoya bilərdi.

Namazı əvvəl vaxtda qılmağın bərəkətləri:

İmam Sadiq (ə) buyurur: “Əvvəl vaxt - Allahın razılığıdır, axır vaxt isə Allahın əfvidir. Əfv olmaz, məgər günaha görə”.
Namazı təxirə salmaq Allahı qəzəbləndirər. Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Namazı kamil dəstəmaz ilə vaxtında yerinə yetir ki, namazı səbəb olmadan təxirə salmaq Allahın qəzəbinə səbəb olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Şeytan o zamana qədər mömindən qorxar ki, beş namazına diqqət edər, namazı vaxtında yerinə yetirər. Lakin o zaman ki, namazın vaxtını zay edər, ona cürət edər. Onu böyük günahlara atar”./Deyerler.

baxılma sayı: 213