Əvvəl vaxtda qılınan namaz ölüm mələyinə necə mane oldu!

Allah Təala Qüdsi hədisdə buyurur: “Mənim bəndələrimə de ki, Mənim məhəbbətimə diqqət edən şəxslər əgər Mənim ibadətimə görə kiminləsə ünsiyyət bağlamazsa, ona zərər dəyməz”.
Həzrət Əba Abdullah (ə) buyurur: “Allahım, o kəsin ki, Sən varsan, nəyi əskikdir?”.


O möminlər ki, namazı əvvəl vaxtda qılırlar, bilsinlər ki, onların bu əməli onlara ölüm mələyinin yanında şəfaət verər. Bir nəfər danışır: “Mənim bir xəstəliyim vardı. Sarılıq tutmuşdum və bu zaman qaraciyər çox həssas olur. Bu zaman ancaq süd və süd məhsulları yeyə bilərsən. Ət əslən olmaz. Ancaq ətə qarşı o qədər istəyim yaranır ki, evdəkilərə mənə ət verməyini xahiş etdim. Ancaq mənə zərərli olduğunu söyləyib, vermədilər. Mən özüm ətin yerini tapdım və bir qədər ondan yedim.

Yeyən zaman qəlbimdə çox bərk ağrı başladı. Həkim gəldi və ətrafımdakılardan nə baş verdiyini soruşdu. Dedilər ki, xəstənin özündən soruş. Mən dedim ki, bir qədər ət yemişəm. Həkim dedi: “Müalicəyə ümidim yoxdur”. Mən də İmam Zaman ağaya (ə.f) təvəssül etdim. Həmin gecə gördüm ki, bir gözəl simalı insanla, əlində qarmaq olan başqa bir insan otağa daxil oldu. Bu, ölüm mələyi idi. Gözəl simalı o insan isə əvvəl vaxtda qıldığım namazlarım idi. Ölüm mələyi hər nə qədər istəyirdi ki, bu qarmaq ilə ruhumu götürsün, həmin gözəl simalı insan onun qarşısını alırdı. Nəhayət ölüm mələyi ruhumu almadı”.

Beləliklə deyə bilərik ki, namazı əvvəl vaxtda qılmaq bizimlə ölümümüz arasında şəfaət edər. Ona görə bu dəyərli əməli əldən verməyək./Deyerler.

 

baxılma sayı: 166