Ustad Möhsün Qiraətinin bəzi namaz qılanlara ünvanladığı mühüm irad

“Namaz qılmaq, oruc tutmaq Allah istədikləri arasında ən ilkini və ibtidaisidir. İbadətlərin əsas və çətin mərhələsi isə ictimai ədaləti qorumaq, nəfsani və şəhvani istəklər qarşısında mübarizə aparmaqdır”

 

İslaminSesi.info tanınmış əxlaq ustadı Möhsün Qiraətinin ictimai ədaləti bərpa etmək, digərlərinə də özünə münasibət kimi münasibət bəsləmək haqda, namaz qılanlara ünvanladığı, bir müsəlmanın taleyyüklü məsələlərindən xəbər verən mühüm iradı təqdim edir:

 

"Bir gün məni rayonlardan birinə qonaq dəvət etmişdilər. Cümə günü məsciddə xütbə oxumaq üçün minbərə dəvət edildim. Məscidə girərkən diqqətimi bir şey çəkmişdi. Məscidin kişilər oturan hissəsində gördüm ki, kişilər altlarına döşəkçə qoyub oturublar. Qadınlar tərəfə baxdım, quru yerdə oturmuşdular. Minbərə çıxıb dedim:

 

-Bismillah... Əziz kişilər. Baxıram ki, xanımlar quru yerdə oturublar, siz isə döşəkçə üzərində. Mən sizə hansı Qurandan, hansı Əhli-beytdən, hansı ictimai ədalətdən danışım? Vəssalamu əleykum və rəhmətullah.

Bunu deyib minbərdən düşdüm."

baxılma sayı: 166