Məsumlardan (ə) gözəl nəsihətlər

Hər kəs yolunu azan kəsə yol göstərib onu hidayət etsə ona həyat bəxş edib, əksinə, hidayət olmuş şəxsi yoldan çıxarsa, onu öldürüb. Allah-təala buyurur: “Bir nəfəri dirildən şəxs bütün insanları dirildən şəxs kimidir.”

 

Allah-təala savadsızlardan elm-bilik öyrənməkləri barədə əhd-peyman aldığı kimi, elm və bilik əhlindən də savadsızlara təlim-tərbiyə verməkləri barədə əhd-peyman alıb. Bəli, savadsızlardan aldığı əhd-peyman alimlərdən qabaq olub.
Həzrət Əli (ə)

 

Həzrət İsa (ə) buyurub: “Elm və hikməti təkcə onun əhlinə öyrədin, yoxsa elmə zülm etmiş olarsınız. Eyni zamanda onu əhlindən də gizlətməyin, yoxsa, elm əhlinə zülm etmiş olarsınız”.
İmam Cəfər Sadiq (ə)

 

Cabir deyir: “İmam Baqirdən (ə) elm öyrənmək istədim. Mənə bir kitab verib buyurdu: “Əgər bunda olan mətləbləri Bəni-Üməyyə hakimiyyəti dövründə camaata bəyan etsən məlunsan və Bəni-Üməyyə hakimiyyətindən sonra isə bəyan etməsən məlunsan.

«Kəşşi» kitabından

Hər bir ağıl sahibinə din elmlərini öyrənib onu başqalarına öyrətmək vacibdir./nur.az

baxılma sayı: 306