İnsan danışdığı sözlərə görə hesab verəcəyini bilsə...

İmam Əli (ə) buyurub:

“İnsan danışdığı sözlərə görə hesab verəcəyini bilsə, az danışar”.
“Qürər əl-hikəm” c. 5, səh. 232.

Danışmaq da əməl hesab olunurmu? Ona görə insan cəzalanacaq, yaxud mükafatlandırılacaqmı? Cavab müsbətdir.


Gündəlik həyatımızdakı bədbəxtliklərdən biri də “çox” və “mənasız” danışmaqdır. 

Əgər faydasız, boş sözləri kənara qoysaq, qeybət, möminə hörmətsizlik, ittiham, yalan və rişxəndin nəticəsindən qorxsaq, sözümüz çox az və qısa olar. Məgər nə qədər düşünülmüş sözümüz var?

Önəmlisi budur ki, sözü də “əməl” hesab edək və bir gün Tanrı məhkəməsində danışdıqlarımız üçün qaneedici cavabmız olsun. Eşitdiyimiz hər sözü danışmağa icazə verilirmi?

Haqdan qeyrisini danışmamaq, danışdığımız hər kəlməni əsaslı və məhkəməyə çıxarıla biləcək şəkildə söyləmək nə gözəldir./nur.az

baxılma sayı: 329