Bir evdə iki nəfər qadın namaz qılandırsa, onlar gündəlik namazları camaat şəklində qıla bilərlərmi?

Cavab: Əksər müctəhidlərin fikrincə, kişilərlə qadınların birlikdə iştirak etdikləri camaat namazında imam-camaat kişi olmalıdır. Həmçinin, yalnız kişilərdən ibarət olan camaat namazına qadın imamlıq edə bilməz. Lakin qadınların qıldığı camaat namazına qadın imamlıq edə bilər.

  Bu zaman qadınların içindən elmi daha çox, qiraəti (namazın sözlərinin tələffüzü) daha düzgün olan qadın imam-camaat olmalı, qalanları ona iqtida etməlidirlər. Qadınların qıldıqları camaat namazında hamının yanaşı dayanması, yəni imamın qabaqda durmaması daha yaxşıdır. Müqayisə üçün deyək ki, kişilərin camaat namazında imamın cərgələrdən qabaqda, ortada durması müstəhəbdir./ixlas.

 

baxılma sayı: 255