Gecəni sübhə qədər namaz qılanlar!

 

Allah-taala “Furqan” surəsində özünün yaxşı bəndələrinin səciyyələrindən birinin gecəni sübhə qədər namaz qılmaq olduğunu qeyd edir:  “Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) halında keçirərlər”. (“Furqan”, 64.)

Belə ki, bu şəxslər gecə yarısı yuxudan oyanır, heç kəs onları görmədən, səmimi, saf niyyətlə Allahla razü-niyaz, ibadət, münacat edirlər. Həzrət Peyğəmbər (s) gecə namazını möminlərin izzəti sayaraq buyurur:  “Möminin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır” (“Bihar əl-ənvar”, c. 77, səh. 120.)

Həzrət Əli (ə) isə buyurur:  “Gecəni çox yatan şəxs (yəni gecə namazı qılmasa), elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz”. (“Ğürər əl-hikəm”, hədis. 289.)

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:  “Allah-taala Musa ibn İmrana buyurdu: “Ey İmranın oğlu, Məni sevdiyini güman edən, gecə qaranlığında isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər, (məgər dost dostu ilə etdiyi söhbətdən ləzzət almazmı?” (“Bihar əl-ənvar”, c. 13, səh. 329.)


O həzrət digər bir hədisdə gecə namazının əhəmiyyəti haqqında buyurur:  “Gecə namazını əldən vermə. Həqiqətən, gecə namazından məhrum olan şəxs ziyankardır”. (“Bihar əl-ənvar”, c. 83, səh. 127.)

Doğrudur, ayədə sözügedən “يَبِيتُونَ” ifadəsinin mənası gecəni sübhə qədər səcdə və qiyam halında sübh etməyə deyilir. Lakin, məlumdur ki, ayədə əsas məqsəd gecənin müəyyən bir hissəsini Allaha ibadət etmək nəzərdə tutulmuşdur./nur.az

baxılma sayı: 225