Sınmış möhürlə namaz qılmaq olarmı?

  Cavab: Sınmış möhürlə də namaz qılmaq olar. Diqqət yetirmək lazımdır ki, möhürün ölçüsü şəriətdə nəzərdə tutulan həddən kiçik olmasın və ya insanın alnı ilə möhürün təması şəriətdə nəzərdə tutulmuş həddən az olmasın. Möhürün sahəsi üçün ən kiçik hədd bir dirhəm hesab olunur. Bir dirhəm təxminən baş barmağın dırnağının sahəsi qədər götürülür. Həmçinin, barmaqlardan hər hansı birinin bir bükümünün sahəsi də dirhəm miqdarına bərabər tutulur. Əgər alın bu qədər sahədə möhürə dəyirsə, səcdə düzgündür. Sınmış möhürü bitişdirib pak vasitə ilə yapışdırıb istifadə etmək də olar. Əgər istifadəyə yararlı deyilsə, sınmış möhürü hörmətsizlik göstərməmək şərti ilə torpaqda basdırmaq icazəlidir. Möhürü pak olmayan yerə tullamaq olmaz./ixlas.
 

 

baxılma sayı: 238