Unudulmaz namaz

Hər il həcc mövsümündə Məkkə və Mədinə kamillik yolçularının misilsiz izdihamına şahid olur. Bu iki böyük şəhər zilhəccə ayında mələklər selini qarşılayır. İlahi səmalardan Kəbəyə üz tutmuş mələklər müsəlmanların həccinə, səyinə, səfasına şərik olurlar.


Bu mərasim qəməri tarixi ilə 1340-cı ildə daha əzəmətli oldu. Böyük şiə alimi mərhum Ayətullah Seyyid Şərəfüddin Amili dünya müsəlmanlarının toplumuna xüsusi bir ab-hava gətirdi. Məlik Hüseynin ricası ilə Məscidül-həramda təyin olunmuş namaz mərhum Şərəfüddinin imaməti ilə qılındı. Bu, İslam tarixində Məscidül-həramda sünni və şiələrin şiə aliminin imaməti ilə qıldıqları ilk namaz idi. Sünni və şiələrin çiyin-çiyinə dayanıb, Əhli-beyt istəyincə namaz qılması mərhum Seyyidin ən böyük arzusu idi. Bu namaz haqqında illər uzunu iftixarla danışıldı.

baxılma sayı: 172