İmam Əlinin (ə) uşaqlıq dövrünə aid bir xatirə

 Cabir rəvayət nəql edib deyir ki, İmam Baqir (ə) mənə buyurdu:
Bəni-Hilal tayfasından olan bir qadın həzrət İmam Əlinin (ə) dayəsi olmuşdur. Bu qadın həzrətin südəmər dövründə ona süd vermiş və onu saxlamışdır. Bu qadının bir oğlu var idi və imam Əlinin (ə) süd qardaşı sayılırdı. O, həzrətdən on bir ay və bir neçə gün böyük idi. Onların evlərinin yaxınlığında bir qədim su quyusu var idi. Bir gün imamın süd qardaşı həmin quyunun yanına gəldi və az qaldı ki, başı üstə quyuya düşsün.

 

  Həzrət Əli (ə) özünü ona yetirmək istədi. Bu vaxt xeymənin kəndiri onun ayağına dolaşdı. Ancaq həzrət xeymənin kəndirlərini ayağında çəkərək özünü süd qardaşına çatdırdı, onun bir ayağından və bir əlindən yapışdı. Uşağın səsinə onun anası gəldi və bu səhnəni görəndə heyrətdə qaldı. O, (elə heyrətlənmişdi ki, oğlunu quyuya düşməkdən xilas etmək əvəzinə) qışqıraraq öz tayfasının adamlarını səslədi: - Ey mənim qəbiləmin adamları, ey mənim tayfam! Gəlin görün bərəkətli Əli oğlumu quyuya düşməkdən necə saxlayıb. 


Hamı oraya toplandı və bu səhnəni gördülər. Sonra onların hər ikisini su quyusundan uzaqlaşdırdılar. Camaat o yaşda bir uşağın gücündən və Əlinin (ə) öz ayağına dolaşmış xeymə kəndirlərini hansı güclə və hansı sürətlə çəkib apararaq qardaşını xilas edə bilməsindən heyrətə gəldilər.

 

baxılma sayı: 264