Bağışlamağı bacarmaq haqda əhvalat!

Mərhum Şahabadi bəzən onu təhqir edib, hörmətsizlik edənlərin cavabını sakit halda verərdi. Alim həmin şəxsin cavabını elə verirdi ki, qarşı tərəf onu eşitmirdi. Alimin oğlu bunun səbəbini ondan soruşur və deyir ki, sizin bu qədər ali məqamınız vardır, bəs niyə belə edirsiniz? Alim deyir: "Oğlum, mən Allahın intiqamını öz gözümlə görəndən sonra belə etməyi qərara almışam.

 

  Bir gün hamama getmişdim. Suyu üstümə tökən zaman bir qədəri yanımda olan Pəhləvi əsgərinə dəydi. O, məni təhqir etməyə başladı. Mən hamının içində onun cavabını vermək istəmədim və ona görə də onu Allaha tapşırdım. Hamamdan çıxıb evimə gəldim. Bir saat sonra bir nəfər qapıya gəldi və məndən hamama getməyimi xahiş etdi. Mən hamama gələndə gördüm ki, həmin əsgər pilləkəndən yıxılıb və dili tutulub. Mənim əl və ayağıma düşdü ki, dua edim və mən də onun üçün dua etdim. Bu zaman dili açıldı. O gündən bəri hər kim məni təhqir edir, yavaşca özüm cavabını verməyə çalışıram. Çünki Allahın intiqamından qorxuram. Axı, Allah böyük intiqam alandır".

baxılma sayı: 217