Allah-Taala (c.c) hansı dəstənin diləyinə tez cavab verər?

Bir gün Musa (ə) dua edir: Ey Alimlərin Rəbbi! Allah Taaladan nida gəlir: Eşidirəm.

Hz. Musa (ə) ikinci dəfə deyir: "Ey Abidlərin Rəbbi! Allah-Taaladan nida gəlir: Eşidirəm.

Hz. Musa (ə) üçüncü dəfə zəlilanə münacat edir və deyir: "Ey Günahkarların Allahı! Allah-Taaladan nida gəlir: Eşidirəm, Eşidirəm, Eşidirəm!!

Allahın təvazökarlıqla tanınmış Peyğəmbəri (ə) ərz edir: İlahi! Mən deyəndə Ey Alimlərin Rəbbi bir dəfə cavab verdin! Təkrarən abidlərin Rəbbi deyəndə yenə də bir dəfə cavab verin! Amma günahkarların adını çəkəndə isə 3 dəfə eşidirəm deyərək cavablandırdın?!

Allah-Taala (c.c) cavab gəldi: Ey Musa! Alimlərin elmi var, abidlərin ibadəti. (onlar səadət yolunu tapmışlar.) Amma mənim günahkar bəndələrimin isə heçnəyi yoxdu Məndən Başqa... 
Yəni Ey Künahkar, özlərinə günah etməklə zülm etmiş insanlar Qayıdın Allah o sizi hər zaman qəbul edəcəkdir... O bəndəsinə Ananın körpəsinə olan məhəbbətdən daha çox məhəbbəti vardı!!

baxılma sayı: 342