Namazın kamil olması salavatladır!

Namazın kamil olması: 

İmam Sadiq (ə) buyurdu: "Orucun kamil olması zəkatı ödəməklədir; yəni fitrədir. Necə ki, Peyğəmbərə (s) salavat namazı kamil edər.”   Salavat Peyğəmbəri (səlləllahu əleyhi və alihi) yuxuda görməyin rəmzidir

"Misbahe-kəfəmi” nin haşiyəsində yazılmışdır ki, "Xəvassul-Qur`an” kitabında buyurulur ki, hər kəs cümə gecəsi gecə namazından sonra min dəfə "Kövsər” surəsini oxusa və min dəfə Peyğəmbərə (səlləllahu əleyhi və alihi) və ali Peyğəmbərə salavat göndərsə, Peyğəmbəri (səlləllahu əleyhi və alihi) yuxuda görər.”

 

 – Salavatın bərəkəti  Bir kişi İmam Cavad (əleyhis-səlam)-a ərz etdi:  Atam ölüb və özünün var-dövlətini bir yerdə saxlayıb ki, (yerini) bilmirəm hardadır, mən ailəli və sizi sevənlərdənəm.  İmam (ə) ona buyurdu: "Gecə işa (xüftən) namazından sonra Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndər, atanı yuxuda görərsən, o malı qoyduğu yeri sənə göstərəcəkdir.”  Kişi o Həzrət n göstərişinə əməl etdi. Atasını yuxuda gördü və ona dedi: Oğlum! Mal filan yerdədir. Allah Rəsulunun (s) övladına de ki, mal yerindən səni agah etmişəm. O, yuxudan oyandı, gedib malı həmin yerdən götürdü və sonra hadisəni İmam Cavad (ə)-a xəbər verdi.

İmam (əleyhis-səlam buyurdu: "Şükür Allaha olsun ki, səni əziz tutdu.”

– Peyğəmbəri (səlləllahu əleyhi və alihi) yuxuda görmək

İmam Sadiq (əleyhis-səlam) buyurdu:  "Hər kəs Allahın Rəsulunu (s) yuxuda görmək istəsə işa namazından sonra kamil bir qüsl etsin və 4 rəkət namaz 400 ayətl-kürsü ilə qılsın (hər bir rəkətdə həmddən sonra 100 dəfə) və min dəfə Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərsin. Sonra heç kəsin yatmadığı təzə bir yataqda yatsın. Sağ əlini sağ yanağına tərəf qoysun və 100 dəfə təsbihat-ərbəəni (Subhənallahi vəl-həmdu lil-lahi və la ilahəilləl-lahu vəllahu əkbər) desin ki, onun ardınca "La həvlə və la qüvvətə illa billah” və 100 dəfə "Maşaallah” desin.”

65 – Sübh namazından sonra salavat göndərmək

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

"Sübh namazından sonra heç bir söz demədən yüz dəfə deyin: "Ya rəbbi səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil-fərəcə alə Muhəmmədin vəmin rəqəbətin min ən-nar.”

66 – Rükü və səcdələrdə salavat

İmam Baqir (əleyhis-səlam) buyurdu:

"Hər kəs öz rükü, səcdələr və qiyamında desə: "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.” Allah onun savabını onun rükü, səcdələr və qiyamının savabı kimi yazar.”

67 – Zöhr və əsr namazlarının arasında salavat göndərmək

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

"Mən səlla əla Muhəmmədin və alihi fima bəynəz-zuhrəyni ədələ səbinə rəkətən.”

"Hər kəs zöhr və əsr namazlarının arasında Peyğəmbər (səlləllahu əleyhi və alihi) və ali Peyğəmbərə salavat göndərsə, o salavat 70 rəkət namazla bərabər olacaq.”

68 – Salavat və Allahın üç inayəti

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

"Hər kəs zöhr namazından sonra 100 dəfə salavat göndərsə Allah onun üçün üç iş görər.

Əvvəl budur ki, borclu olmasın və əgər borclu olsa, Allah borcunu əda edər.

İkinci budur ki, imanını zavaldan qoruyar ki, ən böyük bəxşişdir.

Üçüncü budur ki, qiyamət günü ona verdiyi nemətdən sual etməz.”

69 – Min Peyğəmbərin şəfaəti

Əziz İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi) nəql olub:

"Hər kəs cümə gecəsində 2 rəkət namaz qilsa və hər rəkətdə həmddən sonra on dəfə ayətəl-kürsü və iyirmi beş dəfə "Qul huvəllahu əhəd”i oxusun və namazdan sonra 1000 dəfə desin "Allahummə səlli ələn-nəbiyyil-ümmiyyi və alihi.”

Haqq-təala min peyğəmbərin şəfaətini ona əta edər və on həccin və on ümrənin savabını onun üçün yazar, ona behiştdə bir qəsr əta edər ki, dünyanın ən böyük şəhərlərindən daha geniş olar.”

baxılma sayı: 215