Möminin əməl dəftərinə yazılan bir Suhbanəllah!`

Həzrət Süleyman (ə) bir yerdən keçirdi. Quşlar onun başı üzərinə kölgə salmış, cin və insanlaradan olan mühafizəçiləri isə sağ və sol tərəflərində onu qoruyurdu. 


Süleyman orada bir abidlə rastlaşır. Abid deyir: “And olsun Allaha! Allah sənə böyük bir şahlıq bağışlamışdır”.
Həzrət Süleyman deyir: “Möminin əməl dəftərində yazılan bir “Subhanəllah” Davudun oğluna (Süleymana) verilən (şahlıqdan) daha üstündür. Çünki Davudun oğluna verilən aradan gedəcək, ancaq Allahı yad etmək qalacaqdır”.
İmam Sadiq (ə) buyurmuşdur: “Mütəal Allah həzrət Musaya (ə) vəhy etdi: Ey Musa! Sərvətin çoxluğuna sevinmə və Məni yad etməyi heç bir halda tərk etmə. Sərvətin çoxluğu, günahları yaddan çıxardar, Məni yada salmağı tərk etmək, ürəkləri qəsavətə düçar edər”./nur.az

baxılma sayı: 220