Şeytan Hz. Musaya (ə) hansı nəsihətəri etdi!

Cəbrail (ə) Hz. Musaya (ə) nazil olaraq deyir Şeytanın (lən) 5 nəsihəti var ona qulaq as! Həzrət Musa (ə) dayanır və deyir: “Ey İblis de!”.

Şeytan (lən) deyir: “Beş əməl vardır ki, mən o beş əməldə insanları aldadıram.
1. Qəzəblənən zaman özümü Adəm övladına çatdırıram ki, heç bir zaman qəzəbləndiyi zaman qədər ona hakim ola bilmirəm. Ola bilsin ki, iki dəqiqə qəzəblənməsində onları qətlə və ya başqa bir günaha salım. Ona görə də qəzəb zamanı özünü qoru ki, məbada həlak olasan.

2. Özünə lovğalığı və təkəbbürü yol vermə. Çünki lovğalıq və təkəbbür məni bu bədbəxtliyə salmışdır. O həddə ki, Allah dərgahından qovuldum, Onun və bəndələrinin lənətinə düçar oldum.

3. Naməhrəm qadınla xəlvət etmə ki, mən bütün qüdrətimi sənin üsyan etməyin üçün işə salaram. Çox az insan xəlvətdə özünü qoruya bilər.

4. Bacaradığın qədər Allahla nəzir və əhd bağlama ki, mən qüdrətimin çatdığı qədər qoymaram ki, kimsə onun öhdəsindən gəlsin.

5. O zaman ki, sədəqə verməyi qəsd edərsən – tələs, əks halda səni onun fəzlindən məhrum edərəm”/Deyerler.

baxılma sayı: 171